...

ASİYA İNKİŞAF BANKI AZƏRBAYCAN HÖKUMƏTİNƏ UŞAQLARIN ERKƏN İKİŞHAFI LAYİHƏSİNİ TƏQDİM EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2005 15:43 (UTC +04:00)

Helsinki Consulting Group (Finlandiya) şirkəti və ASPI Consulting Engineers Inc (Azərbaycan) avqustun 8-də uşaqların inkişafı strategiyasının hazırlanması üzrə müqavilənin reallaşdırılması və Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda uşaqların erkən inkişafı üzrə inkişafı üzrə layihənin kredit əsaslarını başa çatdırıblar.

AİB-nın Bakı nümayəndəliyindən verilən məlumata görə, bununla əlaqədar avqustun sonlarında AİB-in bu layihə üzrə müvəkkili Rii Hiraoka Azərbaycana gəlir.

"Səfərin dəqiq tarixi hələ müəyyən edilməyib ", - deyə nümayəndəlikdən bildiriblər. R.Hiraoka Təhsil və Maliyyə Nazirliklərində danışıqlıqlar aparacaq.

ASPI Consulting Engineers Inc, şirkətindən bildiriblər ki, R.Hiraoka rəsmi olaraq Azərpbaycan hökumətinə Helsinki Consulting Group/ASPI Consulting Engineers Inc tərəfindən hazırlanmış son hesabatı və həmçinin AİB-in uşaqların erkən inkişafı layihəsi üzrə təkliflərini təqdim edəcək.

Onlar Azərbaycanın 10 rayonunda məktəbəqədər uşaq müəssisələrində reabilitasiya işlərinin həyata keçirilməsini nəzərdə tutur.

Əvvəlcə layihəyə 900 məktəbəqədə müəssisə cəlb olunacaq və buna 12 milyon dollar vəsait sərf olunacaq.

Layihənin əsas ideyası regional məktəbəqədər mərkəzlərin bazasında yerli icmaları yaradılmasıdır və onlar da öz xərcini ödəmə hesabına fəaliyyət göstərəcəklər ", - deyə şirkətdən bildiriblər

Xəbər lenti

Xəbər lenti