...

2003-CÜ İLİN OKTYABR AYINDAN AZƏRBAYCANDA 259,952 MİN YENİ İŞ YERLƏRİ AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 12:46 (UTC +04:00)

2005-ci ilin ikinci kvartalında Azərbaycanda 42,447 min yeni iş yerləri, o cümlədən 22,078 min daimi iş yeri açılıb. Azərbaycan Dövlət Statistika Komitəsində Trend ə verilən məlumata görə, 2003-cü ilin oktyabrından 2005-ci il iyulun 1-nə kimi ölkədə 259,952 min yeni iş yeri, o cümlədən 135,43 min daimi iş yeri açılıb. Bu iş yerlərinin 84%-i regionlarda, 86%-i isə qeyri-dövlət sektorunda açılıb. Daimi iş yerlərinin 32%-i qeyri-neft sektorunda, 27,6%-i müəssisə və təşkilatlarda yaradılıb. Onların 35,4%-i isə hüquqi şəxs yaradılmadan fəaliyyət göstərən sahibkarlar üçün açılıb.

2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində 600 min yeni iş yerinin açılması planlaşdırılır.

DSK-nın məlumatına görə, 2005-ci il iyulun 1-də ölkədə 67,750 min hüquqi şəxs və hüquqi şəxs yaradılmadan fəaliyyət göstərən 199,121 min sahibkar qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti