...

QARS-AXALKALAKİ-TİFLİS-BAKI DƏMİR YOLUNUN İNŞASI LAYİHƏSİ ÜZRƏ NAZİRLƏRİN GÖRÜŞÜ SENTYABRA TƏYİN OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 13:39 (UTC +04:00)

Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlərinin Qars-Axalkalaki-Tiflis-Bakı dəmir yolunun inşası layihəsi çərçivəsində avqustun 24-nə planlaşdırılmış görüşünün keçirilmə tarixi sentyabrın birinci ongünlüyünə təyin edilib.

Azərbaycan Dövlət Dəmiryol İdarəsi mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun Trend ə bildirdiyinə görə, bunun səbəbi hər üç ölkənin nəqliyyat nazirlərinin iş cədvəlinin yüklənməsi ilə bağlıdır.

"Azərbaycan, Gürcüstan və Türkiyə nazirləri görüşün başqa vaxta keçirilməsi haqqında qərar qəbul ediblər və hazırda yeni tarix müəyyənləşdirilir", - deyə o qeyd edib.Yolun uzunluğu 98 km-dir, onun 68 km-i Türkiyənin, 30 km-i isə Gürcüstanın payına düşür. İlkin hesablamalara görə, layihənin dəyəri $400 milyondur.

Xəbər lenti

Xəbər lenti