...

AZƏRBAYCANDA ORTA PENSİYALARIN HƏCMİ ORTA ƏMƏK HAQQININ 24,9% -Ə QƏDƏR AZALIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 14:05 (UTC +04:00)

Azərbaycanda orta pensiyanın artım sürəti orta əmək haqqının artımından geri qalmağa başlayıb. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, iyulun 1-i üçün Azərbaycanda orta pensiya aprelin 1-nə olan 119,9 min manata və yanvarın 1-nə olan 137,028 min manata qarşı 139,9 min manat təşkil edib.

"2004-cü ilin 1 iyul göstəriciləri ilə müqayisədə 17% artıma görə orta əmək haqqın ilə müqayisədə orta pensiya 24,9% -ə qədər azalıb ki, bu da 2005-ci ilin aprelin 1-nə görə 25,4% və 2004-cü iliyulun 1-nə görə 26,9% təşkil edib ", - deyə Dövlət Statistika Komitəsindən bildiriblər.

2005-ci il yanvarın 1-nə görə bu nisbət 24,1% təşkil edib. İyulun1-dən ölkədə 1350,9 adama pensiya xidmətləri göstərilib ki, buraya 760,9 min nəfər qocalığa görə pensiya alanlar, 261,4 min əlilliyə görə, 133,3 min ailə başçısı itirənlərə görə vəsait alanlar daxildir.

Xəbər lenti

Xəbər lenti