...

İRAQ BAKI VƏ BAĞDAD ARASINDA AVİAREYSİN AÇILACAĞINA ÜMİD EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 15:42 (UTC +04:00)

İraq Bakı və Bağdad arasında aviareysin açılmasına ümid edir. Bu barədə İraqın Azərbaycandakı səfirliyinin mətbuat xidmətində hər iki ölkənin aviaşirkətləri arasında danışıqların gedişini şərh edərkən bildiriblər.

Səfirlikdə qeyd ediblər ki, hazırda bu məsələnini texniki detalları müzakirə olunur, yalnız bundan sonra Bakı-Bağdad aviareysinin açılması üzrə qarşılıqlı anlaşmaya dair protokolun imzalanması mümkün olacaq.

"Biz ümidvarıq ki, bu məsələ yaxın gələcəkdə özünün müsbət həllini tapacaq", - deyə səfirlikdə bildirilib. Xatırladaq ki, hər il Azərbaycandan 1000 nəfər ziyarətçi İraqın müqəddəs yerlərini ziyarət edir.

Xəbər lenti

Xəbər lenti