...

QARA DƏNİZ YENİDƏNQURMA VƏ TİCARƏT BANKI AZƏRBAYCANDA ŞÜŞƏ ZAVODUNA 5 MLN AVRO KREDİT AYIRIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 16:34 (UTC +04:00)

Qara dəniz Yenidənqurma və Ticarət bankı Azərbaycanda şüşə zavodunun təchiz olunması üçün kreditin ayrılması barədə elan edib. Bankın rəsmi məlumatında qeyd olunduğu kimi, Bakıda şüşə zavoduna avadanlığın alınması üçün 5 il müddətinə 5 mln avro vəsait ayrılıb.

Kredit müəssisəni özəlləşdirmiş Caspian Management Systems LTD özəl şirkətinə kreditin ayrılması üçün Azərbaycan Beynəlxalq bankına verilib.

Layihənin ümumi dəyəri 15,4 mln avrodur. Modernləşdirmədən sonra zavod ildə 100 mln butılka və şüşə bankalar istehsal edəcək.

Layihəyə əsasən 100 iş yeri açılıb. Eyni zamanda o, bahalı şüşə qabların idxalının dayandırılmasına imkan verəcək.

Bankda o da qeyd olunub ki, ABB Azərbaycanda bütün bank sistemi əməliyyatlarının 50%-ni həyata keçirən ən iri bankdır. 2004-cü ildə bankın $400 mln dəyərində kredit portfeli v $14 mln gəliri var idi.

2003-cü ildə Qara dəniz Yenidənqurma və Ticarət Bankı ABB-yə ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində $6,5 mln vəsait ayırmışdı.

Layihənin maliyyələşdirilməsində İslam İnkişaf Bankı da inkişaf edir ($5 mln).

Bakının Qaradağ rayonunda yerləşən zavod geniş (müxtəlif tutumlu bankalar) və dar ağızlı (butılkalar) şüşə qablar istehsal edəcək.

Xəbər lenti

Xəbər lenti