...

BAKI MERİYASI DYNYA BANKINA YARDIM ÜÇÜN MÜRACİƏT ETMƏK NİYYƏTİNDƏDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 20:36 (UTC +04:00)

Bakı İcra Hakimiyyəti paytaxtın irimiqyaslı inkişaf proqramının maliyyələşdirilməsinə Dünya Bankını cəlb etmək niyyətindədir. Paytaxt meriyasından Trend ə vverilən məlumata görə, icra hakimiyyəti paytaxtın inkişaf proqramının hazırlamaq üçün bankdan texniki yardım almaq niyyətindədir, eləcə də bir sıra prioritet layihələrin reabilitasiyası və şəhəhrin infrastrukturasının modernləşdirilməsi üçün layihələri nəzərdən keçirmək üçün banka göndərəcək.

Dünya bankının Bakı nümayəndəliyindən bildiriblər ki, bankın Azərbaycan , Ermənistan və Gürcüstan üzrə direktoru Donna Dousett-Koyrolo Bakının İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüb. Görüşdə Bakının ümumi problemləri, onun inkişaf perspektivləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti