...

KİŞİNYOVDA QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ İŞGÜZAR FORUMU KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2005 14:56 (UTC +04:00)

Oktyabrın 7-də Kişinyovda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) beynəlxalq işgüzar forumunun keçirilməsi nəzərdə tutulub. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat veriblər.

Region ölkələrinin tanınmış biznes-strukturlarının nümayəndələrinin də dəvət olunuduğu forumda ticarət-iqtisadi inkişaf məsələləri- əməkdaşlıq, yeni layihələrin həyata keçirilməsi, müvafiq qanunvericiliyin unifikasiyası müzakirə olunacaq. Forum çərçivəsində QİƏT-nın Direktorlar Şurasının iclasının keçirilməsi də planlaşdırılıb.

Hazırdla QİƏT-nın daimi beynəlxcalq katibliyinin baş katibi Tedo Caparidze Bakıdadır və o, Azərbaycan tərəfi ilə respublikanın bu forumda iştirakı məsələsini müzakirə edir.

QİƏT 1992-ci ildə yaradılıb və Azərbaycanla yanaşı onun tərkibinə Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə və Ukrayna da daxildir. Moldova mayın 1-dən oktyabrın 31-nə kimi təşkilatın sədridir.

Xəbər lenti

Xəbər lenti