...

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI APARICI QƏRB BANKLARI İLƏ RAZILAŞMA İMZALAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2005 16:44 (UTC +04:00)
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI APARICI QƏRB BANKLARI İLƏ RAZILAŞMA İMZALAYIB

Azərbaycanı Beynəlxalq Bankı (ABB) avqustun 19-da Qərb bankları ilə, başda Amerikanın Citigroup və Almaniyanın Commerzbank olmaqla 56 milyon dollar sindikatlaşdırılmış kreditin cəlb edilməsi üçün razılaşma imzalayıb.

Sindikatlaşdırılmış kredit bir il müddətinə, faiz dərəcəsi Libor+2 faizlə verilir. İmzalanma mərasimində ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib ki, aksiyaların 50,2 faizi Azərbaycan hökumətinə məxsusdur.

Bu ilin baharında ABB Citigroup və Commerzbank -la bir il müddətinə Azərbaycan banklarınan sindikatlaşdırılmış kredit xətti ilə 30 milyon dollar məbləğində kreditin cəlb edilməsi üçün mandatın təqdim edilməsi barədə razılaşma imzalayıb.

"Lakin sonradan danışıqlar prosesində biz rekord müddətə - 6 həftəliyə 56 milyon dollar cəlb edə bildir və bu da ABB-nın dünya bazarında etimad göstəricisidir ", - deyə imzalanma mərasimində Citigroup-un kredit bazarları üzrə direktoru Əhməd Axmet Bəkçə (Ahmet Bekche) bildirib.

"Bizim bankın etimadına digər bir nümunə onun heç bir dövlət zəmanəti olmadan cəlb edilməsi və biz bu vəsaitdən tam sərbəst istifadə edirik. Bir ay ərzində 56 milyon dolla vəsait bankın müxbir hesabına keçirilib və bunun üçün heç bir şərt qoyulmayıb ", - deyə Hacıyev bildirib.

"Biz istənilən layihəyni maliyyələşdirə bilərik. Lakin qeyri-neft sektorunun inkişafının stimullaşdırılması üçün, avadanlıqların idxalına və istehsalını yaradılması layihələrinə üstünlük veririk ", - deyə ABB-nın başçısı bildirib.

Sindikatın iştirakçıları ABŞ-ın 19 bankı, Almaniya, İngiltərə, Hollandiya, Avstriya, Polşa, BƏƏ, Belçika, Fransa və Çindir.

Azərbaycan Beynəlxalq Bankı səhmlərin həcminə , Nizamnamə kapitalına (20 milyon dollardan artıq) ölkədəki 43 bank arasında aparıcı yerlərdən birini tutur və ölkədə ticarət əməliyyatlarının 80 faizə qədəri onun vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti