...

SENTYABRIN 1-DƏN BANK STANDARD, ATABANK, TURANBANK VƏ NIKOIL AZƏRBAYCAN XƏZİNƏDARLIĞININ RAYON ŞÖBƏLƏRİNƏ BANK XİDMƏTİ GÖSTƏRƏCƏKLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2005 17:23 (UTC +04:00)

Azərbaycanın Baş Dövlət Xəzinədarlığı maliyyə orqanlarına tranzit xəzinə hesabları xidməti göstərmək üçün 4 kommersiya bankı ilə müqavilə bağlayıb. Xəzinədarlığın direktoru, maliyyə nazirinin müavini Heydər Əsədovun Trend ə verdiyi məlumata görə, Lənkəran rayonunda bu cür xidmət göstərmək üçün müqavilə Bank Standard-la, Xaçmazda AtaBank-la, Qubadlıda (Sumqayıtda yerləşir) Turanbank-la, Qəbələdə investisiya-maliyyə bankı NIKOIL-la bağlanıb. "Xidmətlərin göstərilməsi sentyabrın 1-dən başlanacaq ", -deyə H.Əsədov bildirib.

Kommersiya banklarının müsabiqə yolu ilə seçimi respublikanın 43 şəhər və rayonu üçün elan olunub və aprelin 25-dən bağlanıb. Nəticədə 10 bankdan ərizə daxil olub. Müsabiqə Şəki, Zaqatala, Qax, Balakən, Gəncə, Göyçay, Ağdaş, Kürdəmir, Qəbələ, Ucar, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Şamaxı, Əli-Bayramlı, Salyan, Sabirabad, Tovuz, Qazax, Ağstafa, Şəmkir, İmişli, Beyləqan, Saatlı, Xaçmaz, Quba, Qusar, Dəvəçi, Yevlax, Bərdə, Mingəçevir, həmçinin Bakının Sabunçu, Qaradağ, Əzizbəyov, Suraxanı, Binəqədi, Nərimanov, Nizami, Xətai, Nəsimi, Səbail və Yasamal rayonlarında da keçirilib.

Xəbər lenti

Xəbər lenti