...

MİLLİ VALYUTANIN MÖVQEYİNİN MÖHKƏMLƏNMƏSİ DAXİLİ İSTEHSALIN İNKİŞAFINA MANE OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2005 15:18 (UTC +04:00)

"İnflyasiyanın artmasına qarşı tədbirlərin görülməsi indiki səviyyədə davam etsə, Azərbaycanın milli valyutasının gələcəkdə mövqeyinin möhkəmlənməsi daxili istehsalın inkişafına mane olacaq". Bu barədə Trend ə iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib.

Bununla əlaqədar olaraq respublikaya çoxlu miqdarda mal idxal olunacaq. Bundan başqa, milli valyutanın mövqeyinin möhkəmlənməsi yerli malların ixracına mənfi təsir göstərəcək.

F.Əliyev onu da qeyd edib ki, manatın mövqeyinin möhkəmlənməsi antiinflayasiya tədbirləri çərçivəsində həyata keçirilir və bu tədbirlər ölkədə inflyasiyanın tənzimlənməsinə yönəldilib. Nazir onu da vurğulayıb ki, bazar qiymətlərinin monitorinqi başa çatıb və tezliklə onun nəticələri ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti