...

İSTİLİK TƏCHİZATI SAHƏSİNDƏ DÖVLƏT PROQRAMI LAYİHƏSİ HAZIRLANIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2005 20:28 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin fərmanınan müvafiq olaraq, 2005-2015-ci illərdə Azərbaycanda istilik təchizatı üzrə Dövlət proqramı hazırlanır. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Bu işi Azəristiliktəchizat Səhmdar Cəmiyyəti həyata keçiriləcək.

Dövlət proqramında ölkədə yaşayış məntəqələrində evlərin və binaların, eləcə də sosial obyektlərin və digər təyinatlı müəssisələrin istiliklə təchizatı öz əksini tapıb.

Eləcə də payız-qış mövsümünə etibarlı fəaliyyət göstərən istislik sistemi, əhalinin və digər istilik təchizatı tələbəatçılarının sabit və keyfiyyətli istiliklə təmin olunması öz əksini tapıb. Proqramın oktyabra qədər hazırlanacağı güman edilir.

Aparılan tədqiqatların nəticələrinə görə, istilik təchixzatı sistemləri avadanlıqlarının 65-68% fiziki cəhətdən köhnəlib. Bakı istisna olmaqla, Sumqayıt, Gəncə, Mingəçevir, Əli-Bayramlı və digərləri istilik enerjisi ilə təmin olunmur.

Bakıda vəziyyət qənaətbəxşdir. Paytaxtdakı 3067 yaşayış binasından yalnız 1680 istilik təchizatına, 165 məktəbdən - 124-ü, 220 uşaq bağçasından 115-i istilik enerjisinə malikdirlər .

Xəbər lenti

Xəbər lenti