...

AZƏRBAYCAN HÖKUMƏTİ DÜNYA BANKININ KREDİTLƏRİNDƏN İMTİNA EDƏ BİLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2005 14:25 (UTC +04:00)

Azərbaycan hökuməti 2006-2008-ci maliyyə illəri üçün ölkəyə yardım strategiyası (CAS) çərçivəsində Dünya bankının ayırdığı $300 mln vəsaitdən imtina edə bilər.

Azərbaycan hökumətindən bildirildiyi kimi, maliyyələşdirmədən imtina edilməsi Dünya bankının ölkə üçün ayırdığı kreditlər üzrə faiz dərəcələrinin artması ilə bağlı ola bilər.

"Yeni CAS çərçivəsində maliyyələşdirmə əsasən, Beynəlxaq İnkişaf Assosiasiyasının (BİA) adət olunmuş yüngül şərtləri əvəzinə beynəlxalq Yenidənqurma və İnkişaf bankının (BYİB) şərtləri əsasında həyata keçiriləcək". Dünya bankının standartları üzrə BYİB-nin illik faiz dərəcəsi ayrılmış kreditin müddətindən asılı olaraq Azərbaycan üçün 5%-ə çatır. 10 il müddətinə kredit alındıqda dərəcə aşağı olur", - deyə hökumətdə qeyd ediblər.

BİA ödənişlər 10 il ərzində hissə-hissə ödənilməklə 35 il müddətinə və 0,75%-lə vəsait ayırır.

"Hazırda Dünya bankının Azərbaycan üzrə iqtisadçısı Xristos Kostopulosun rəhbərlik etdiyi missiya avqustun 31-nə kimi Bakıdadır. Missiya struktur və digər islahatlar sahəsində hökumətin planlarını, əməkdaşlığın potensial istiqamətlərini müzakirə edir", - deyə hökumətdə bildiriblər. Bank 1995-ci ildən ölkəyə $720 mln. vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti