...

NAXÇIVANIN MAL DÖVRİYYƏSİNİN ARTIM HƏCMİ 14% TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2005 16:30 (UTC +04:00)

İlin birinci yarısında Naxçıvan Muxtar Respublikasının (NMR) mal dövriyyəsi 38465,2 min dollar təşkil edib. Muxtar Respublikanın Bakıdakı daimi nümayəndəliyindən Trend ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqafisədə 14% çoxdur.

Nümaynədəlikdən həmçinin bildiriblər ki, bu dövrdə respublikanın büdcəsinə 51820,8 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,4% çoxdur.

NMR-na qoyulan investisiyalara gəldikdə isə, nümayəndəlikdən bildiriblər ki, 2005-ci ilin 7 ayı ərzində bu göstərici 29880,1 milyon manat (56 milyon dollara yaxın) təşkil edib.

Xəbər lenti

Xəbər lenti