...

İTALİYAYA 368 MİLYON DOLLAR MƏBLƏĞİNDƏ MAL İDXAL OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2005 19:36 (UTC +04:00)

İlin əvvəlindən Azərbaycandan İtaliyaya ümumi məbləği 368 milyon dollar olan mal idxal olunub. Dövlət Gömrük Komitəsindən (DGK) Trend ə verilən məlumata görə, bu ölkənin ümumi mal idxalının 22,8% -ni təşkil edir.

DGK-dən həmçinin bildiriblər ki, tranzit yüklərin ümumi həcmi 5,1 milyon ton təşkil edib ki, bunun da 1,3 milyon dolları İtaliyanın payına düşür.

Bundan başqa, digər ölkələrə daşınmaların həcmi, məsələn, Gürcüstana 972,6 min ton, Tacikistana 238.9 min ton, Türkmənistana 105,1 min ton, Rusiyaya 140,2 min ton, Böyük Britaniyaya 141,1 min ton, İrana 194,6 min ton və s. təşkil edib.

Qeyd etmək lazımdır ki, ötən il tranzit yükdaşımalarının həcmi 7,7 milyon ton təşkil etmişdi.

Xəbər lenti

Xəbər lenti