...

ƏMƏK NAZİRLİYİ BİLƏSUVAR VƏ İSMAYILLI RAYONLARINDA ƏMƏK YARMAKASI KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2005 19:46 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi avqustun 23-də Biləsuvar və İsmayıllı rayonlarında əmək yarmarkaları keçirib. Nazirliyin Baş məşğulluq idarəsindən Trend ə verilən məlumata görə, yarmarkaların yekunlarına görə 175 nəfərə yaxın adam işlə təmin olunub.

İdarədə qeyd ediblər ki, təkcə Biləsuvarda 76 nəfər özəl müəssisədə olmaqla 110 nəfər işlə təmin olunub. İsmayıllıda 27 nəfər özəl müəssisədə olmaqla 65 nəfər işlə təmin olunub. Bundan başqa 15 nəfər Biləsuvar və 15 nəfər İsmayıllıda hazırlıq kurslarına cəlb olunub.

Dövlət strukturundan bildiriblər ki, belə yarmarkalar avqust ayında Zaqatala, Hacıqabul, Quba, Balakən, Ucar, Astara, Gədəbəy, Sabirabad, Kürdəmir, Ağsu, Saatlı, Qəbələ, Samux, Zərdab və Dəvəçi rayonlarında da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti