...

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA MAL DÖVRİYYƏSİNİN HƏCMİ $283 MİLYONDAN ARTIQDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2005 13:19 (UTC +04:00)

Cari ilin əvvəlindən başlayaraq Azərbaycan və Türkiyə arasında mal dövriyyəsinin həcmi $283 milyondan artıq təşkil edib. Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) Trend ə verilən məlumata görə, Türkiyədən ümumi dəyəri $180,3 mln olan mal idxal olunub ki, bu da ölkədə ümumi idxalın 7%-nə bərabərdir.

Mal dövriyyəsinin ümumi həcminin $103,5 milyonu Azərbaycandan Türkiyəyə ixracın payına düşür. Komitədə həmçinin onu da bildiriblər ki, bu göstərici üzrə Türkiyə 6,5%-lə Azərbaycanla böyük həcmdə mal dövriyyəsini həyata keçirən ölkələr sırasındadır.

Bu dövr ərzində Türkiyədən Azərbaycana dəmir məmulatları, elektrik avadanlıqları, ərzaq, geyim idxal olunub, Azərbaycandan Türkiyəyə isə əsasən nefi məhsulları, pambıq, kimyəvi maddələr, tütün və dəri məmulatları ixrac olunub.

2004-cü ildə hər iki ölkə arasında mal dövriyyəsinin həcminə gəldikdə, DGK-da bildiriblər ki, keçən il bu göstərici $407,4 mln təşkil edib, bu isə əvvəlki illə müqayisədə $105,4 mln çoxdur.

Xəbər lenti

Xəbər lenti