...

VERGİLƏR NAZİRLİYİ VERGİ DAXİLOLMALARININ STRUKTURUNU AÇIQLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2005 13:33 (UTC +04:00)

2005-ci ilin iyulunda vergi daxilolmaları 612 250,6 mln manat təşkil edib. Vergi Nazirliyindən Trend ə bildirildiyi kimi, bu, 633 893 mln manata bərabar olan proqnoz göstəricsinin 96,6%-dir.

ƏDV yığımları proqnoz göstəricisinin 105,6%-ni və ya 146189,6 mln manat, aksizlər - 48 829,1 mln manat və ya 100,9%, gəlir vergisi - 167 365,6 mln manat və ya 95,9%, yeraltı sərvətlər vergisi - 1 201 mln manat və ya 3,1%, torpaq vergisi - 6 065,4 mln manat və ya 101,1%, əmlak vergisi 0- 15 443,4 mln manat və ya 96,5%, fiziki şəxslərdən tutulan gəlir vergisi - 140 877,7 mln manat və ya 100,3% (o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən tutulan gəlir vergisi - 2 047,6 mln manat), əmək haqqı vergisi - 138 830,1 mln manat, dövlət rüsumu - 16 478,3 mln manat və ya 111,3%, yol vergisi - 2 942,1 mln manat və ya 81,7%, sadələşdirilmiş vergi - 8475,9 mln manat və ya 100%, digər daxilolmalar isə proqnozun 132,7%-ni və ya 58 382,5 mln manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti