Azərsu SC içməli suyun təmizlənməsi istiqamətində işlər aparır. SC-də Trend ə bildirildiyi kimi, bu məqsədlə tələbatın ödənilməsi üçün kimyəvi reagentlərin alınması üzrə dekabrın 1-nə kimi tender elan edilib.
Tenderdə iştirak etməkdə maraqlı şirkətlər cari ilin oktyabrın 10-na kimi 500 min manat vəsait keçirməli və öz təkliflərini verməlidir.
Tender təklifləri paketləri oktyabrın 11-də Azərsu SC-də açılcaq.
Bundan başqa, SC avqustun əvvəlində Xanlar rayonunda təmizləyici qurğularının quraşdırılması üzrə tender keçirib. Bu prosesin cari ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.