...

UCAR-YEVLAX AVTOMOBİL TRASSI LAYİHƏSİ ÜZƏRİNDƏ TEXNİKİ NƏZARƏTİ BANGLADESH CONSULTANT LTD HƏYATA KEÇİRƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2005 17:36 (UTC +04:00)

Ucar -Yevlax avtomobil trassının tikintisi və rekonstruksiyası layihəsi üzrə konsultant müəyyən olunub. Bu barədə Trend ə Yolnəqliyyatservis departamentindən məlumat verilib. Konsultasiya xidməti Banqladeşin Bangladesh Consultant LTD şirkəti tərəfindən həyata keçiriləcək. Şirkət layihənin texniki nəzarəti ilə məşğul olacaq.

Layihənin texniki-iqtisadi əsasını Almaniyanın "Foks" firması həyavta keçirəcək. Trassın tikintisinə cari ilin avqustundan başlayacaq. Bu ikinci texniki kateqoriyalı, iki zolaqlı yol olacaq. Onun eni 7,5 metr, uzunluğu 53 km olacaq.

Yolun tikintisinə 2006-cı ildə başlanacağı və 2008-ci ildə başa çatdırılaraq istsimara veriləcəyi planlaşdırılıb. Layihənin reallaşdırılması üçün 31 milyon dollar vəsait xərclənəcək. Göstərilən məbləğdən 22 milyon dolları İslam İnkişaf Bankının kreditləri, 6 milyon dolları OPEK Fondunun krediti hesabına təmin olunacaq. Vəsaitin qalan hissəsi - 3 milyon dolları Azərbaycan hökuməti və Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti