...

2005-Cİ İLİN SONUNA "KAPİTAL" BANK KAPİTALI ÜÇQAT ARTIRMAQ NİYƏTİNDƏDDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2005 14:13 (UTC +04:00)

Azərbaycanda 100%-li yeganə dövlət bankı olan "Kapital" 2005-ci ilin sonuna balans kapitalını üçqat artırmağı planlaşdırır. Bu barədə Trend ə bankın idarə heyətinin sədri Rauf Rzayev bildirib. Hazırda bankın balans kapitalı 67 mlrd manata bərabərdir.

"Balans kapitalının artırılması əsasən bankın öz işləri hesabına həyata keçirilir. 2004-cü il yanvarın 1-də kapital 32 mlrd manat, 2005-ci il yanvarın 1-də - 46 mlrd manat, 2005-ci il iyulun 1-də isə 64 mlrd manat olub. 32 mlrd manat dəyərində ikiqat artımda yalnız 9 mlrd manat nizamnamə kapitalının artması ilə şərtlənib. Cari ilin sonuna kapital göstəricisi 90-95 mlrd manat təşkil edəcək ki, bu da artıq üçqat artımdır", - deyə R.Rzayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti