...

RAUF RZAYEV: "KAPİTAL" BANKIN BAZAR QİYMƏTİ İLİN SONUNADƏK MƏLUM OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2005 19:32 (UTC +04:00)

"Kapital" bankın PriceWatwrhouseCoopers şirkəti tərəfindən aparılan yarımillik auditinin nəticələri cari ilin payızında məlum olacaq. Bankın idarə heyətinin sədri Rauf Rzayev Trend agentliyinə bildirib ki, auditorun sentyabrın birinci yarısında qərar verəcəyi planlaşdırılır.

Bundan sonra bankın qiymətləndirilməsi prosesinə başlanıla bilər ki, bu da özəlləşdirilmənin aparılması üçün vacibdir.Ölkədə dövlət banklarının özəlləşdirilməsi üçün xüsusi hökumət komissiyası yaradılıb. "Komissiyanın bir iclası keçirilib.Həmin iclasda faktiki təsdiq olunmuş bir sıra tövsiyələr bildirilib.

Özəlləşdirməni gecikdirməyin mənası yoxdur və qərarlaşdırılmış optimal müddətlərdə özəlləşdirmək daha yaxşıdır. Real qiymətləndirilmə cari ilin noyabrın sonunda -dekabrın əvvəllərində məlum olacaq.Bundan sonra faktiki olaraq özəlləşdirmə prosesinə başlamaq olar " -deyə R.Rzayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti