...

DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN GƏLİRLƏRİ 1 TRİLYON 380,5 MİLYARD MANAT TƏŞKML EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2005 14:13 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 trilyon 380,5 milyard manat təşkil edib. Trend in məlumatına görə, bu barədə avqustun 26-da DSMF-nun rəhbəri Səlim Müslümov keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu rəqəm proqnozlardan 4 milyard manat və ötən ilin analoji dövründəkindən 240 milyard manat çoxdur. Bu vəsaitlərin əsas hissəsi, yəni 859 milyard manat məcburi sosial sığortanın payına düşür ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 35% çoxdur. Bu həcmdən 545 milyard manatıqeyri-dövlət sektorunun payına düşür.

S.Müslümov qeyd edib ki, dövlət büdcəsindən transfertlərin məbləği proqnozlara müvafiq olaraq 521 milyard manat təşkil edir. "Ötən il üzrə 32 milyard manat həcmində qalıqları nəzərə alsaq, 7 ay ərzində fondun maliyyələşmə mənbələrinin həcmi 1 trilyon 414 milyard manat təşkil edib ki, bu da proqnozdan 36 milyard manat çoxdur. Bu bizə əhali qarşısında pensiya və müavinətlərin vaxtında ödənməsi barədə öhdəliyi tam yerinə yetirməyə imkan verir ", - deyə o, qeyd edib.

DSMF-nun rəhbərinin sözlərinə görə, 7 ayda ödənmiş pensiya və müavinətlərin həcmi 1 trilyon 295 milyard manat təşkil edib ki, bu da 213 milyard manat və ya 20% ötən milin analoji dövrünün göstəricilərindən çoxdur. "Dünən (avqustun 25-də) biz respublika üzrə pensiya və müavinətlərin maliyyələşdirilməsini başa çatdırmışıq və ayın sonuna kimi daxil olan vəsaitlər gələn ay pensiya və müavinətlərin ödənməsinə yönəldilir ", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti