...

AZƏRBAYCANA QOYULAN İNVESTİSİYALARIN 66%-İ NEFT SEKTORUNUN PAYINA DÜŞÜR

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2005 16:21 (UTC +04:00)

Azərbaycana qoyulan investisiyaların 66%-i neft sektorunun payına düşür. Trend agentliyi bildirir ki, avqustun 26-da bu barədə ABŞ-nın USAID beynəlxalq inkişaf üzrə Agentliyinin əlaqələndiricisi Ceyms Qoqin bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının təhlilində, xüsusilə BTC neft boru kəmərinin istismara verilməsi kontekstində qeyri-neft sektorunun gəlirlərini nəzərə almaq lazımdır.

C.Qoqin bildirib ki, USAID tərəfindən işlənib-hazırlanan dövlət investisiyaları və səmərəlilik layihəsi əsas neft investisiyalarının başa çatmasından sonra investisiya strategiyasının yaradılması məsələsində hökumətə yardım göstərilməsinə yönəldilib.

O, qeyd edib ki, layihə kapital investisiyalarının planlaşdırılmasına yönəldilib və layihə çərçivəsində hər-hansı siyasi aspektlərin müzakirəsi nəzərdə tutulmur.Layihə yalnız iqtisadiyyat sektoruna aid olacaq.

Xəbər lenti

Xəbər lenti