...

DSMF AZƏRBAYCANIN PREZİDENT APARATINA VƏ NAZİRLƏR KABİNETİNƏ "ƏMƏK PENSİYASI HAQQINDA" QANUN LAYİHƏSİ TƏQDİM EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2005 18:07 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fondu (DSMF) avqustun 25-də Azərbaycan prezidentinin İcra Aapartına və Nazirlər Kabinetinə "Əmək pensiyası haqqında" qanun layihəsi təqdim edib. Bu barədə Trend ə Fondun rəhbəri Səlim Müslümov məlumat verib.

"Yeni qanun layihəsində pensiya yaş həddinin artırılması prosesini bərpa etmək nəzərdə tutulur. 6 il ərzində qadınların pensiya yaşı 57 yaşdan 60 yaşa qaldırılacaq", - deyə S.Müslümov bildirib.

Onun sözlərinə görə, əvvəllər qadınların pensiya yaşı ilə kişilərin pensiya yaşını eyniləşdirmək məsələsi nəzərdən keçirilsə də, sonradan bu təcrübədən imtina edildi.

"ABŞ-da və bəzi Qərb ölkələrində kitşilərin və qadınların yaş həddinin eyniləşdirilməsi nəzərdən keçirilir. Lakin biz kişilərin pensiya yaş həddinin qadınlara nisbətən 2 dəfə yuxarı olmasını daha məqsədəuyğun hesab edirik ", - deyə S.Müslümov bildirib.

2001-ci ildən, Dünya Bankının tövsiyəsi ilə pensiya islahatları konsepsiyası qəbul edilib ki, həmin konsepsiyaya görə kişilər 62, qadınlar üçün isə 57 yaşında pensiyaya çıxmalıdırlar.

Bu gün Azərbaycanda qadınlarda orta ömür səviyyəsi 79, kişilərdə isə 69 yaş təşkil edir.

S.Müslümovun sözlərinə görə, Azərbaycanda iyulun 1-nə olan vəziyyətə görə 1 milyon.357 min 887 pensiyaçı var ki, ğurada artım yanvarın 1-i ilə müqrayisədə 1,1% təşkil edir. Onların arasında əmək üzrə pensiyaçılar 1 milyon 169 min təşkil edir ki, onlardan 760 min. 877 - nəfəri yaşa görə, 181 min 540 nəfəri sosial pensiyaçılardır.

Əlilliyə görə 261 min 400 nəfər (əmək üzrə) təqaüd alır və 127 min 870 nəfər sosial təqaüdçülər təşkil edir. Əlilliyə görə pensiya alanların ümumi sayı 389 min 200 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti