Dövlət sosial müdafiə fondu (DSMF) Azərbaycan prezidentinin İcra aparatına və Nazirlər Kabinetinə "Özəl pensiya fondları haqqında" qanun layihəsi təqdim edib. Avqustun 26-da bu barədə Trend agentliyinə Fondun sədri Səlim Müslümov bildirib.
"Belə qanunun qəbul edilməsi Azərbaycanda sosial sığortayaa ayrılmalar üzrə yığma sistemini tətbiq etməyə imkan verəcək "-deyə S.Müslümov qeyd edib.
Onun sözlərinə görə, qanun layihəsinə əsasən, ölkədə baza pensiyası anlayışının tətbiqi planlaşdırılır.
"Məqsədimiz pensiyanın orta əmək haqqına maksimal yaxınlaşdırılmasından ibarətdir "-deyə S.Müslümov qeyd edib.
Yeni qanun layihəsində pensiyanın indeksləşdirilməsi məsələsi özğ əksini tapacaq ki, bu da inflyasiya nəzərə alınmaqla ildə bir dəfə həyata keçiriləcək.
Bununla icbari yığma sistemi Azərbaycanda 2008-ci ildə yaranacaq. " 2006-2007-ci illərdə sığortaçılar öz vəsaitlərini könüllü olaraq yığma fondlarına yönəltmək imkanı əldə edəcəklər "-deyə S.Müslümov bildirib.