...

AİB ƏLƏT-ASTARA YOLUNUN YENİDƏN QURULMASINA $100 MLN. AYIRMAĞA HAZIRDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2005 11:39 (UTC +04:00)

Asiya inkişaf bankı (AİB) Ələt-Astara avtomobil yolunun tikintisi və yenidən qurulmasına $100 mln. ayıra bilər. Hökumətdə Trend agentliyinə bildirilib ki, hazırda bu beynəlxalq maliyyə institutu həmin maliyyələşdirməni ayırmağa hazır olduğunu bildirib və hələlik bu məsələ üzrə ilkin müzakirələr aparılır.Beləliklə, həmin vəsaitin ayrılması artıq gələn ildə mümkündür.

Əvvəllər AİB-nin Azərbaycanda yol çəkilməsi layihələrini $300 mln. həcmində maliyyələşdirməyə hazır olduğu deyilirdi.Çox maraqlıdır ki, AİB Cənub istiqamətində yol çəkilməsini maliyyələşdirməyi üstün tutur, amma bunun prinsipial əhəmiyyəti yoxdur və bank digər istənilən istiqamətdə də yol çəkilməsi və yenidən qurulmasına maliyyə ayırmağa hazırdır.

AİB-nin Bakı-Gürcüstan sərhədi yolunun sahələrindən birinin çəkilməsi və yenidən qurulması üçün daha $100 mln. ayıracağı istisna edilmir.

Azərbaycanın yollarının ümumi uzunluğu 24 min kilometr təşkil edir ki, bundan magistral yolların payına 6 min km, yerli yolların payına isə 18 min km düşür. Azərbaycanın yalnız magistral avtomobil yollarının çəkilməsi və yenidən qurulmasına $2 mlrd. çox tələb olunur.

Xəbər lenti

Xəbər lenti