...

OKTYABRDA KfW AZƏRBAYCANDA VƏRƏM ƏLEYHİNƏ LAYİHƏNİN MONİTORİNQİNİ KEÇİRƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2005 12:21 (UTC +04:00)

Almaniyanın KfW yenidənqurma bankı "Vərəm əleyhinə mübarizə və ona nəzarət" proqramının reallaşdırılmasının monitorinqini keçirəcək. KfW-nin Bakı nümayəndəliyindən Trend ə bildirildiyi kimi, bununla əlaqədar bankın ekspertlər qrupu oktyabrın ikinci həftəsində Bakıya gələcək.

Həmin dövrə qədər vərəmli xəstələr üçün tibbi laboratoriyanın yaradılması üzrə tenderə yekun vurulacaq.

Layihənin podratçıları Almaniyanın GTZ texniki əməkdaşlıq cəmiyyəti tərəfindən seçilir. Laboratoriyanın inşası və avadanlıqlarla təchizinin 0,25 mln dollara başa gələcəyi planlaşdırılır. Tikintinin oktyabrda başlanacağı, 2006-cı ilin martında isə başa çatacağı nəzərdə tutulub. Obyekt Azərbaycanda mərkəzi vərəm laboratoriyası olmalıdır.

"Vərəm əleyhinə mübarizə və ona nəzarət" proqramına KfW tərəfindən 5 il müddətinə 3 mln avro məbləğində qrantın ayrılmasına dair Azərbaycan və Almaniya arasında beynəlxalq saziş 2004-cü ildə imzalanıb. Bu vəsait Bakıda və ölkənin beş regionunda müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların yaradılmasına və vərəmin müalicəsi üçün ölkəyə dərman preparatlarının tədarükünə yönəldilib. Qrant KfW-nin Qafqaz üzrə regional proqramı çərçivəsində ayrılıb. Azərbaycana ayrılan məbləğ Gürcüstan və Ermənistana ayrılmış qrantdan iki dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti