...

2006-CI İLDƏ MONETAR SİYASƏTDƏ İNFLYASİYA LİMİT ÇƏRÇİVƏSİNDƏ SAXLANILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2005 16:16 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Milli Bankı limit çərçivəsində istehlakçı inflyasiyanı saxlamağa qadir pul bazasının səviyyəsinin təmin olunmasını monetar siyasətdə ön plana çəkmək niyyətindədir.

Milli Bankdan Trend ə verilən məlumata görə, qısamüddətli notlar, uçot dərəcəsi, valyuta müdaxilələrinin məhdudlaşdırılması pul bazasının nəzərdə tutulmuş səviyyəsinin əldə olunmasına yönəldilib. Bununla da inflyasiyanı 5-7% azaltmaq mümkün olacaq.

Milli Bank müdaxilə təcrübəsini dayandırıb. Hazırda valyuta bazarı özütənzimləmə vasitəsilə tənzimlənir. Bakı banklararası valyuta birjasının BEST-nin dövriyyəsinin aşağı düşməsi də bununla bağlıdır. BEST-in həcmi məsələsi AMB-nin müdaxilələri ilə əlaqədar olsa da, pul bazasını artırır.

Xəbər lenti

Xəbər lenti