...

AVQUSTUN 30-DA TACIS –İN İXRAC VƏ İNVESTİSİYALARIN TƏŞVİQİ FONDUNUN TƏQDİMATI OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2005 18:31 (UTC +04:00)

Avqustun 30-da Bakıda Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş Azərbaycanın icrac və investisiyaların təşfiqi Fondunun (AİİTF)təqdimatı keçiriləcək.

Bu barədə Trend ə ekskluziv məlumat verən Fondun rəhbəri Emil Məcidov bildirib ki, bununla da, Azərbaycanın investisiyaların və konsultasiyalarını təşviqi Fondunun rəsmən AİİTF-na transformasiya olunacağı elan olunacaq.

"Avqustun 30-da biz həmçinin 15 nəfər yeni üzvün daxil olduğu və Fondun hamiləri şurasının 54-ə çatdığı Fondun hamilərinin tərkibinin genişləndirilməsinin təqdimatını keçirməyi planlaşdırırıq.

Eyni zamanda, tədbirdə AİİTF-nun institusional inkişafı üzrə TACIS layihəsinin rəsmi təqdimatı da keçiriləcək ", - deyə E.Məcidov bildirib.

Xəbər lenti

Xəbər lenti