...

"ŞƏKİ-İPƏK" 2 YENİ PAMBIQTƏMİZLƏMƏ ZAVODU TİKİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2005 19:38 (UTC +04:00)

Hazırda Saatlı və Ağcabədi rayonlarında 2 yeni pambıqtəmizləmə zavodu tikilir.Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə məlumat verilib.

Verilən məlumata görə, tikinti işləri "Şəki-İpək" ASC tərəfindən aparılır. Hər birinin illik emal gücü 15-20 min ton olacaq zavodlar bu ilin sonunda istifadəyə veriləcəkdir.

Hazırda isə "Şəki-İpək" ASC-nin Əli-Bayramlıda illik emal gücü 30 min ton olan bir pambıqtəmizləmə zavodu fəaliyyət göstərir.

Qeyd edək ki, ölkədə ən çox pambıqtəmizləmə zavodu "MKT" ASC-yə məxsusdur.Hazırda bu müəssisənin tabeliyində 14 zavod vardır.

İsveçrənin "Cekot" şirkətinin tabeliyində 3, Ağdam və Kürdəmirdə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin hər birinin tabeliyində isə bir pambıqtəmizləmə zavodu fəaliyyət göstərir.

Bunlardan başqa Saatlı və Samux rayonlarında emal sexləri də fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti