...

ANTİİNHİSAR DEPARTAMENTİ PİVƏ VƏ SƏRİN İÇKİLƏRİN KEYFİYYƏTSİZ İSTEHSALI FAKTINI AŞKAR EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2005 20:41 (UTC +04:00)

İqtisadi inkişaf Nazirliyinin antiinhisar siyasəti Departamenti içki bazarının monitorinqini başa çatdırır.Departamentin direktoru Rəhim Hüseynov eksklüziv olaraq Trend agentliyinə bildirib ki, monitorinqə pivə və sərin içkilərin istehsalı ilə məşğul olan 50 yerli obyekt məruz qalıb.

"Biz monitorinq prosesini bu ayın sonunadək başa çatdırmağı planlaşdırırıq. Monitorinqə pivə və sərin içkilərin istehsalı ilə məşğul olan 50 yerli obyekt məruz qalıb.Bu müəssisələrin məhsulları keyfiyyət standartlarına müvafiq olaraq yoxlanılır.

Bunun üçün biz məhsulun nümunələrini laboratoriyaya təhlilə veririk, nəticəni alırıq və keyfiyyət standartına müvafiq olmayan nəticə aşkarlandıqda müvafiq xəbərdarlıq edirik.Artıq hazırda ilkin nəticələr göstərir ki, bu sektorda məhsulun keyfiyyəti ilə bağlı çoxlu problemlər müşahidə olunur " -deyə R.Hüseynov qeyd edib.

Xəbər lenti

Xəbər lenti