...

AZƏRBAYCAN AZAD İQTİSADİ ZONALARIN YARADILMASI ÜZRƏ 3-4 DÖVLƏTİN TƏCRÜBƏSİNİ ÖYRƏNƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2005 12:30 (UTC +04:00)

Azərbaycan azad iqtisadi zonaların yaradılması sahəsində 3-4 dövlətin təcrübəsini öyrənməyi planlaşdırır. Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Emil Məcidovun eksklüziv olaraq Trend ə bildirdiyinə görə, hazırda Azərbaycan azad iqtisadi zonaların yaradılması üzrə Türkiyə, Dubay, Çin və İrlandiyanın təcrübəsini öyrənmək niyyətindədir.

"İlk üç ölkənin təcrübəsi bu layihənin Azərbaycanda həyata keçirilməsi çərçivəsində tətbiq edilə bilər. İrlandiyaya gəldikdə isə, bu ölkədə belə zonaların yaradılması çox uğurlu layihədir və onun həyata keçirilməsi kiçik həcmli investisiya ilə müqayisədə İrlandiyaya daha çox gəlir gətirib", - deyə o qeyd edib.

E.Məcidov, həmçinin, onu da vurğulayıb ki, hazırda Azərbaycan ölkədə AİZ-nin yaradılması perspektivlərini öyrənir.

Xəbər lenti

Xəbər lenti