...

ÖLKƏDƏ EHTİYAT PULLARIN HƏCMİ 4 TRİLYON MANATA ÇATIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2005 13:02 (UTC +04:00)

Azərbaycanda genişləndirilmiş pul bazası (ehtiyat pullar) cari ilin yanvarın 1-nə olan göstəricilərə nisbətən azalaraq 2005-ci il avqustun 1-də 194,1 milyard manat (-4,6%) azalıb. Bu dövrdə manatın bazası 397,9 milyard manat (12,4%) artıb.

Hökumətdən Trend ə verilən məlumata görə, avqustun 1-i üçün genişlənmiş pul bazası iyulun 1-ə olan göstəricilərə görə 3726,7 milyard manat əvəzinə 3974 milyard manat və ilin əvvəlindən 4168,1 milyard manat və ötən ilin avqustun 1-nə görə 2 3104,4 milyard manat təşkil edib.

Pul bazası isə (ehtiyat pullar ) manatla iyulun 1-nə olan 3354,8 milyrd. manata qarşı 3598,1 milyard manat, ilin əvvəlində 3200,2 milyard manat və 2004-cü ilin 1 avqustunda 2857,1 milyard manat təşkil edib.

Avqustun 1-dən bank ehtiyatları iyulun 1-dəki 739 milyard manata qarşı 839,2 mlrd manat, ilin əvvəlindən 1537 milyard manatvə 2004-cü il avqustun 1-dən 772,5 milyard manat təşkil edib.

Müxbir hesablarına görə öank vəsaitlərinin qalıqları iyunun 1-nə olan 371,6 milyrd. manat (367,1 milyrd. manat AzM-la və 4,5 milyrd. manat AKV-yə (Azad Konversiya olunan Valyuta)) qarşı 466,8 milyard manat (463,3 milyrd. manat AzM-la və 3,5 milyrd. manat AKV), ilin əvvəlindəki 1091,1 milryd. manata qarşı (470,8 milyrd. manat AzM-la və 620,3 milyrd.

Manat AKV ilə) və 2004 -ci il avqustun 1-nə olan 455,6 milyrd. manat (443 milyrd. manat AzM-la 12,6 milyard manat AKV ilə), məcburi ehtiyatlar 367,4 milyrd. manata qarşı (tam həcmdə AKV ilə) 372,4 milyard manat (tam həcmdə AKV ilə), müvafiq olaraq 445,9 milyard. manat (98,3 milyrd. manat AzM-la və 347,7 milyrd. manat AKV ilə) və 316,9 milyrd. manat (82,2 milyrd. manat AzM-la və 234,7 milyrd. Manat AKV ilə) təşkil edib.

Xəbər lenti

Xəbər lenti