...

AZƏRBAYCAN VƏ ŞİMALİ KİPR SAHİBKARLARININ BİZNES-FORUMU ÖZ İŞİNƏ BAŞLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2005 14:08 (UTC +04:00)
AZƏRBAYCAN VƏ ŞİMALİ KİPR SAHİBKARLARININ BİZNES-FORUMU ÖZ İŞİNƏ BAŞLAYIB

Avqustun 30-da Bakıda Azərbaycan və Şimali Kipr sahibkarlarının bines-forumu öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, Azərbaycan-Türkiyə sahibkarları (ATİB) Cəmiyyətinin idarə heyətinin sədri Əhməd Erentok bildirib ki, birbaşa reyslə Bakıya Şimali Kiprin 84 nəfərdən ibarət nümayəndə heyəti gəlib ki, bu da hər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyət kəsb edir.

"Hazırda Azərbaycan iqtisadi və siyasi nöqteyi nəzərdən Qafqazda aparıcı ölkədir. Ölkədə sahibkarlığın inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir, qanunvericilikdə dəyişikliklər edilib.

Yerli və xarici sahibkarlar bərabər hüquqlara malikdirlər. Hətta xarici sahibkarlar dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər , - deyə o qeyd edib.

Ə.Erentokun sözlərinə görə, Azərbaycan investisiyaların qoyulması üçün geniş perspektivlərə malikdir. Keçən il ölkə iqtisadiyyatına qoyulan invetisiyanın həcmi $5 mlrd olub. Onun $3,7 milyardı xarici investorların payına düşüb.

ATİB-in idarə heyətinin sədri, həmçinin, ölkənin neft layihələrindən əldə edəcəyi gəlirlərdən söz açıb. "Əgər neftin bir barelinin qiyməti 24 dollardırsa, o zaman 20 ildən sonra ölkənin gəlirləri $50-60 mlrd olacaq.

Lakin 20 ildən sonra neftin bir barelinin qiymətinin 100-150 dollara bərabər olacağı proqnozlaşdırılır. Buna görə də hesab edirəm ki, Azərbaycanın gəlirləri ən azı $200 milyardd olacaq", - deyə o qeyd edib.

Şimali Kiprin birinci prezidenti Rauf Denktaş Azərbaycanın hər iki ölkə arasında əməkdaşlığın inkişafı üçün atdığı addımları yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanın bu qərarından sonra bir neçə türk dilli ölkə əməkdaşlıq etmək təklifi ilə Şimali Kiprə müraciət edib. "Hesab edirik ki, Azərbaycan türk və islam dövlətləri üçün nümunə olacaq", - deyə o vurğulayıb.

Şimali Kiprin baş nazir müavini, xarici işlər naziri Sərdar Denktaş ölkəsinin embarqoya uğramış iqtisadiyyatının inkişafının vacibliyini vurğulayaraq, Azərbaycanın bu istiqamətdə əsas rol oynaya biləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti