...

AZƏRBAYCANDA İXRAC-İDXAL ƏMƏLİYYATLARININ HƏCMİ ƏHALİNİN ADAMBAŞINA $900 TƏŞKİL EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2005 17:55 (UTC +04:00)

1995-ci ildən Azərbaycan müxtəlif ölkələrlə mal dövriyyəsinin həcmini xeyli artırıb. Trend in məlumatına əsasən, bu barədə jurnalistlərə iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib.Onun sözlərinə görə, son 10 ildə mal dövriyyəsinin həcmi 5,5 dəfə artıb.Bununla ixracın həcminin artımı 5,7 dəfə təşkil edib.

Amma nazir qeyd edib ki, ölkənin ixrac potensialı obyektiv mövcudluğu ilə yanaşılsa tam həcmdə istifadə olunmur; (xüsusilə açıq dənizə birbaşa çıxışın olmaması), subyektiv səbəblər isə (xüsusilə malın lazımi qablaşdırılmasının olmaması).

Nazir həm də qeyd edib ki, Azərbaycanda ixrac-idxal əməliyyatları adambaşına $900 məbləğində düşür ki, bununla da Qazaxıstanda həmin göstərici $2100, Baltikyanı ölkələrdə - $5000, Almaniyada - $20 000 təşkil edir.

"Bu gün ixrac əməliyyatlarının 80%-i neft məhsullarının payına düşür ki, bu da ölkənin gələcəyi üçün təhlükəlidir və bununla bağlı olaraq qeyri-neft sektorunun inkişafına zərurət vardır " -deyə nazir qeyd edib.

F.Əliyev həm də bildirib ki, kənd təsərrüfatının inkişafı üçün ambarların, xüsusilə sərinləşdirici anbarların və s. Tikintisi vacibdir.

Xəbər lenti

Xəbər lenti