...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ SƏNAYE ŞƏHƏRCİYİNDƏ ƏRAZİNİN TUTULMASI İLƏ BAĞLI İLK ƏRİZƏLƏRİ ALIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2005 14:57 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi sənaye şəhərciyinin tikilməsi üçün ayrılmış torpaq sahələrinin tutulması ilə bağlı ilk ərizələri almağa başlayıb. İqtisadi inkişaf naziri Fərhad Əliyevin Trend ə bildirdiyinə görə, yaxın vaxtlarda Sumqayıtda ilk Abşeron sənaye şəhərciyinin bünövrəsi qoyulacaq.

"Şəhərciyin tikintisi üzrə işlərin başlanması tarixi müəyyən olunmayıb. Hazırda gön istehsalçıları Assosiasiyası 30 ha-lıq sahənin ayrılması ilə bağlı ərizə ilə müraciət edib. Digər şirkətlərdən də müraciətlər alınıb. Lakin biz istəyirik ki, sənaye şəhərciyinin ərazisində səmərəli iş aparılsın, torpaq səmərəli işləyən şirkətlərə verilsin", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti