...

SENTYABRDA BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASININ "MƏRKƏZİ ASİYADA İLK İPOTEKA BAZARININ İNKİŞAFI" LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2005 16:17 (UTC +04:00)

Cari ilin sentyabrında Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üçün "Mərkəzi Asiyada ilk ipoteka bazarının inkişafı" layihəsinin rəsmi təqdimat mərasimi keçiriləcək.

Layihənin Bakı ofisinin hüquqşünası Eldar Məcidovun Trend ə bildirdiyinə görə, layihə 5 ölkədə - Azərbaycanda və Mərkəzi Asiyanın 4 ölkəsində (Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) həyata keçiriləcək.

Layihənin təqdimat mərasimində iştirak etmək üçün MDB ölkələri üçün belə layihələrin rəhbəri Yelena Klepikova (BMF-nin Moskva ofisi), layihə menecerinin müavini Ulubəy Telyayev (BMF-nin Daşkənd ofisi) və layihə üzrə əlaqələndiricisi Eduard Yakubov (BMF-nin Moskva ofisi) sentyabrın 6-da ikigünlük səfərlə Bakıya gəlir.

BMF-nin Bakı ofisinin nümayəndəsi Aliyə Nuriyevanın Trend ə bildirdiyinə görə, bu fazada layihə, əsasında nəticələrin çıxarılacağı, qanunvericilik və maliyyə mühitinin təkmilləşdirilməsi üzrə tövsiyyələrin veriləcəyi bazar təhlilini nəzərdə tutur.

Öz növbəsində, E.Məcidov qeyd edib ki, layihənin həyata keçirilməsinin birinci fazasında hüqüq və maliyyə ekspertləri Azərbaycanda ipotekanın maliyyə və hüquqi əsaslarını diaqnostik təhlil edəcəklər.

Birinci faza cari ilin oktyabrında başa çatacaq. İkinci faza xüsusilə, müvafiq treninqlərin keçirilməsi üçün donorların cəlb olunmasını nəzərdə tutur. İnvestisiya isə layihənin məntiqi sonu olacaq.

Xəbər lenti

Xəbər lenti