...

"XƏZƏRDƏNİZNEFTDONANMA" "XAQAN DADAŞOV" GƏMİSİNİ TƏMİR ETDİRƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2005 16:25 (UTC +04:00)

"Xəzərdənizneftdonanma" idarəsi "Xaqan Dadaşov" gəmisinin təmirini planlaşdırır.Bu barədə "Tpend" agentliyinə idarədə bildirilib.Bu məqsədlə müxtəlif avadanlıq və ehtiyatların alınması üçün tender elan edilib.

Maraqlanan şirkətlər idarənin marketinq qrupuna müraciət edə bilər.Tenderdə iştirak etmək üçün iddiaçılar $200 üstəgəl 18% ƏDV (cəmi $236) ödəməlidir.

Tenderin tələblərinə əsasən, müsabiqənin qalibi avadanlığı müqavilənin imzalanmasından keçən 3 aydan gec olmayaraq çatdırmalıdır.Avadanlığın haqqının ödənməsi 6 ay ərzində qismən həyata keçiriləcək.

Potensialı olan iştirakçılar öz sənədlərini 2005-ci il oktyabrın 6-dan, tender təkliflərini isə oktyabrın 13-dən gec olmayaraq "Xəzərdənizneftdonanma" İdarəsinə təqdim edə bilər. Bunlar qiymət həddi, çatdırılma müddəti, anoloji əməliyyatlarda şirkətin təcrübəsi kimi aspektlərə əsasən nəzərdən keçiriləcək.

Təkliflər paketi oktyabrın 13-də "Xəzərdənizneftdonanma" İdarəsində açılacaq.

Xəbər lenti

Xəbər lenti