...

AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI (AYİB) AZƏRİQAZBANKA KREDİT XƏTLƏRİNİNİN HƏCMİNİ ARTIRACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2005 17:05 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf bankı Azərbaycanın səhmdar-investisiya bankı olan Azəriqazbanka kredit xətlərinin həcmini artıracaq. Bankın idarə heyətinin sədri Azər Mövsümovun Trend ə bildirdiyi kimi, AYİB həm ticarətin maliyyələşdirilməsi, həm də kiçik və orta sahibkarlığın inkişafına kredit xətti çərçivəsində maliyyələşdirmənin artırılmasına dair qərar qəbul edib.

"Biz bu sazişi sentyabrda imzalamağı planlaşdırırıq. AYİB ticarətin maliyyələşdirilməsinə kredit xəttinin həcmini $1 mln, kiçik və orta sahibkarlığın inkişafı üzrə layihələrə ayrılacaq maliyyə vəsaitinin həcmini isə $1,5 mln artıracaq.

Beləliklə, ticarətin maliyyələşdirilməsinə $2 mln, kiçik və orta sahibkarlığın inkişafına isə $3,5 mln kredit ayrıldığı halda, maliyyə vəsaitlərinin ümumi həcmi $5,5 mln olacaq", - deyə A.Mövsümov qeyd edib.

Xəbər lenti

Xəbər lenti