...

AZƏRBAYCANDA AVRASİYA İŞ ADAMLARI KONFEDERASİYASI YARADILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2005 12:49 (UTC +04:00)

Azərbaycanda Avrasiya iş adamları konfederasiyası yaradılacaq. Bu barədə Trend ə azərbaycan-türk iş adamları (ATİB) birliyinin ictimaiyyətlə əlaqələr və iqtisadi araşdırmalar proqramının əlaqələndiricisi Səməd Nəsibov məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar oktyabrın 6-7-də Bakıda Avrasiya regionunun birlik və təşkilat rəhbərlərinin, bu dövlətlərin Azərbaycandakı səfirlərinin, hökumət orqanları nümayəndələrinin iştirak edəcəyi beynəlxalq konfrans keçiriləcək. Onun keçirilməsində əsas məqsəd müzakirələrin aparılması, konfederasiyanın yaradılması, onun tərkibinin seçilməsi və fəaliyyət istiqamətinin müəyyən olunmasıdır.

S.Nəsibov onu da qeyd edib ki, bu, Avrasiya iş adamlarının ilk görüşüdür. Koalisiya regionun iş adamları arasında əməkdaşlığı əlaqələndirəcək.

Xəbər lenti

Xəbər lenti