...

MİLLİ BANK TƏŞKİLOLUNMUŞ BANKLARARASI KREDİT BAZARININ (TBKB) AKTİVLƏŞMƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜR

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2005 12:53 (UTC +04:00)

Azərbaycanın Milli Bankı Bakı Banklararası Valyuta Birjasının (BBIB) Birja Ticarətinin Elektron Sistemində (BEST) fəaliyət göstərən Təşkilolunmuş banklararası kredit bazarının (TBKB) fəallaşması üçün müəyyən təbdirlər görür. Milli Bankdan (AMB) Trend ə verilən məlumata görə, hazırda AMB artıq TBKB-nin aktivləşməsi istiqamətində işlər aparır və cari ilin sonuna kimi bu məsələ ilə bağlı öz ideyalarını həyata keçirməyi planlaşdırır.

AMB-da TBKB-nin əsas probleminin girov və banklarda satış məslələrində balansın pozulması məsələsindən ibarət olduğunu bildirirlər.

Cari ilin 7 ayı ərzində TBKB-nin ümumi dövriyyəsi 27 sövdələşmə üzrə 39,741 milyrd. Manat təşkil edir ki, bu da 2004-cü il ərzində 124,237%-lik dövriyyəyə bərabərdir.

Xəbər lenti

Xəbər lenti