...

AZƏRBAYCANIN ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZVLÜYÜ İLƏ BAĞLI YARDIMIN UZADILMASI BARƏDƏ RAZILAŞMA İMZALANDI

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2005 18:49 (UTC +04:00)
AZƏRBAYCANIN ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZVLÜYÜ İLƏ BAĞLI YARDIMIN UZADILMASI BARƏDƏ RAZILAŞMA İMZALANDI

Sentyabrın 1- də Bakıda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqların müddətinin uzadılmasına yardım barədə razılaşma imzalanıb. Trend in məlumatına görə, sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Fərhad Əliyev və Amerika tərəfdən isə ABŞ Ticarət və inkişaf Agentliyinin (USTDA) Avrasiya roegionu üzrə direktoru Daniel Steyn (D.Stein) imzalayıb.

Beləliklə, yardımın göstərilməsi USTDA tərəfdən 981 min dollar həcmində əlavə maliyyə yardımı hesabına bir maliyyə ili uzadılıb.

F.Əliyevin sözlərinə görə, ÜTT ilə danışıqlarda USTDA-ın yardımı 2002-ci il martın 7-də 1, 943 milyon dollar həcmində qrantın ayrılması ilə başlayıb.

Yardımın icraçısı əvvəlki kimi Azərbaycanda artıq 2 il məsləhətləşmələr aparan Booz Allen Hamilton şirkətidir.

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin sözlərinə görə, ÜTT-na üzvlük Azərbaycanın dünya birliyinə iqtisadi inteqrasiyasına və ölkənin inkişafına xidmət edir.

"Azərbaycan ABŞ və Avropanın əmtəə bazarlarına çıxış imkanı əldə edəcək, kənd təsərrüfatı məhsullarının ixracına nail olacaq. Mən gələn il işçi qrupunun II görüşünə və Azərbaycanın tezliklə ÜTT-na üzv olacağına ümid edirəm ", - deyə R.Harniş bildirib.

Xəbər lenti

Xəbər lenti