...

ABŞ-IN TİCARƏT VƏ İNKİŞAF AGENTLİYİ (USTDA) AZƏRBAYCANA YARDIMIN HƏCMİNİ ARTIRMAĞI PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2005 15:13 (UTC +04:00)

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) Azərbaycana yardımı genişləndirməyi planlaşdırır. "Trendin məlumatına əsasən, agentliyin Avrasiya üzrə direktoru Daniel Steynin (D.Stein) sözlərinə görə, bu proses 2005-ci il oktyabrın 1-dən başlayacaq yeni maliyyə ilində gözlənilir".

"Azərbaycan agentlikləri və nazirlikləri arasında bağlanan müqavilələr əlaqələrin genişləndirilməsi üçün potensialın olmasını nümayiş etdirir, - deyə o qeyd edib.

Hazırda biz İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər, İdman və Turizm Nazirlikləri ilə əməkdaşlıq edərək neft qaz sektorundan kənarda əməliyyatları genişləndirirk. Məqsədimiz isə neft gəlirlərinin azalmasından sonra Azərbaycanın dinamik inkişafını təmin etməkdir", - deyə D.Steyn bəyan edib.

Xəbər lenti

Xəbər lenti