...

STANDARD & POOR’S AZƏRBAYCANDA İKİNCİ REYTİNQ AGENTLİYİ OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2005 11:25 (UTC +04:00)

Azərbaycanın müstəqil reytinqinin müəyyən olunması üçün ikinci reytinq agentliyinə namizəd müəyyən olunub. Trend in xəbər verdiyi kimi, maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə, Standard & Poor's şirkəti ikinci reytinq agentliyi seçilib.

Nazirin sözlərinə görə, o, bu yaxınlarda şirkət nümayəndələrini ölkənin reytinqinin qiymətləndirilməsi məsələsini nizamlayan müqavilənin imzalanmasına dəvət edən məktub imzalayıb. Maliyyə Nazirliyi bu məqsədlə hətta üçüncü agentliyin də cəlb olunmasını müsbət qiymətləndirir.

Nazirlər Kabinetindən bildirildiyi kimi, ikinci agentliyin reytinqi kifayət qədər yüksək olacaq və ola bilsin ki, birinci - Fitch Ratings agentliyinin müəyyən etdiyi reytinqi keçəcək. Belə ki, Azərbaycan hökuməti ikinci şirkəti investorların ölkəyə cəlb olunması məqsədilə təyin edib.

Əvvəlcə ölkənin suveremüstəqil reytinqinin qiymətləndirilməsi üçün bütün məlumatların veriləcəyi Fitch Ratings missiyasının Azərbaycana oktyabr-noyabr aylarında gələcəyi bildirilirdi. Bu halda 2005-ci il ərzində ölkə üzrə onun reytinqinin əvvəlki illər ərzində agentliklərin qiymətləndirmələrindən yüksək olacağı planlaşdırılır. Azərbaycanın Maliyyə Nazirliyi artıq ölkənin beynəlxalq reytinqini qiymətləndirmək üçün Fitch Ratings agentliyi ilə üç il müddətinə müvafiq müqavilə bağlayıb.

Ölkənin sonuncu reytinqi 2004-cü il noyabrın 22-də, Fitch Ratings Azərbaycanın xarici və milli valyutarla bağlı öhdəlikləri üzrə uzunmüddətli reytinqlərinin "BB-dən" "BB"-yə qədər artmasını elan etdiyi zaman açıqlanıb. Ölkənin qısamüddətli reytinqi "B" səviyyəsində təsdiq olunub. Agentlik reytinqlərin dəyişməsinin sabit proqnozunu verib.

Prezidentin 1 mart tarixli fərmanına əsasən, Azərbaycanın Nazirlər Kabinetinə ölkənin kredit reytinqinin yeniləşdirilməsi məqsədilə 3 ay ərzində beynəlxalq maliyyə məsləhətçisini cəlb etmək üçün tədbirlər görmək, ən azı 2 müstəqil reytinqin olmasını təmin etmək üçün isə beynəlxalq reytinq agentlikləri ilə danışıqlar apararaq sazişlər bağlamaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti