...

GƏLƏN İLDƏ VERGİ DƏYİŞİKLİKLƏRİ PLANLAŞDIRILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2005 13:49 (UTC +04:00)

Azərbaycanda 2006-cı ildən gəlirlərə vergi dərəcəsi 4% azala bilər.Maliyyə nazirinin müavini Azər Bayramov Trend ə bildirib ki, beləliklə, onun azalması hazırda olan 24%-dən 20%-dək mümkündür.

A.Bayramov həmçinin qeyd edib ki, gəlir vergisi sxeminə də müəyyən dəyişikliklər edilə bilər.Hazırda gəlir vergisinə qoyulan gəlirin məbləği maksimum dərəcə ilə 35%-dir və 3 mln. manat təşkil edir. Maliyə nazirliyi bu məbləği 5 mln. manatadək artırmağı təklif edir.

Nazir müavinin sözlərinə görə, hazırda hökumət Vergi məcəlləsinə əlavə və dəyişikliklərin razılaşdırılması məsələsini başa çatdırır. Vergi siyasətindəki bütün dəyişikliklər məcəlləyə düzəlişlərdə nəzərə alınacaq.

Xəbər lenti

Xəbər lenti