...

İLK A319 AEROBUSU BEYNƏLXALQ MARŞRUTLARDA FƏALİYYƏT GÖSTƏRƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2005 14:09 (UTC +04:00)

Beynəlxalq Airbus Industries (EADC Avropa aerokosmik konsernin baş aksioneri olduğu) aviasiya konserninin istehsalı olan və AZAL Dövlət konserni tərəfindən alınan ilk A319 aerobusu beynəlxalq marşrutlarda, eləcə də Avropa, Asiya, Yaxın Şərq şəhərlərinə reyslər həyata keçirəcək. Təyyarə sentyabrın 2 -də Hamburqdan Bakıya gətirilib.

Cari ilin sonuna kimi AZAL daha 2 belə təyyarə və 2006-cı ilin birinci yarısında isə korporativ AIRBUS ACJ avialayneri alacaq. Ötən il AZAL texniki heyətin öyrədilməsi üçün A320 təyyarəsini almışdı.

AZAL və AIRBUS arasında dörd təyyarənin alınması üzrə müqavilə 2004-cü ilin avqustunda Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı imzalanıb. Müqavilənin dəyəri170 milyn. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti