...

BAKIDA İRANIN URMİYA ƏYALƏTİNİN MALLARINDAN İBARƏT SƏRGİ KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2005 15:48 (UTC +04:00)

Sentyabrın 6-8-də Bakıda Əl oyunları sarayında İranın Urmiya əyalətinin sənaye mallarından ibarət sərci nümayiş etdiriləcək.Bu barədə Trend agentliyinə İranın Azərbaycandakı səfirliyində bildirilib.

Sərgidə əyalətin 30-dan çox şirkəti öz məhsullarını nümayiş etdirəcək.Sərgiyə gələnlər İranın kənd təsərrüfatı texnikası və avadanlığı, tikinti materialları, geyim, məişət texnikası və s. istehsal edən şirkətlərinin istehsal gücü ilə tanış ola biləcəklər.

Sərginin təşkilatçıları Azərbaycanın Ticarət-Sənaye Palatası, İranın Ticarət palatası, əyalət administrasiyası və İranın Azərbaycandakı səfirliyidir.Sərginin rəsmi açılışı sentyabrın 6-da Əl oyunları sarayında olacaq.

Xəbər lenti

Xəbər lenti