...

AZƏRBAYCAN NƏQLİYYAT NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ MANİLADADIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2005 16:19 (UTC +04:00)

Sentyabrın 5-də Azərbaycanın tərkibinə nəqliyyat nazirliyi və iqtisadi inkişaf nazirliyi ekspertlərinin daxil olduğu nümayəndə heyəti Manilaya səfər edib.Bu barədə Trend ə nazirlikdə bildirilib.

Səfərin məqsədi Asiya inkişaf bankının nümayəndələri ilə müzakirələr aparmaq, eləcə də "Azərbaycanın nəqliyyat strategiyası"nın işlənib-hazırdanmasında Azərbaycana xidmət göstərəcək məsləhətçinin seçilməsi üçün elan edilmiş tender təkliflərinin açılması prosesində iştirak etməkdir.

Asiya inkişaf bankı "Azərbaycanın nəqliyyat strategiyası"nın işlənib-hazırlanmasına $ 350 min həcmində qrant ayırıb.Bu istiqamətdə nazirliklə bank arasında müvafiq saziş imzalanıb.

Sənəddə ölkənin nəqliyyat infrastrukturunun inkişafı, respublikadan keçən nəqliyyat dəhlizlərinə yüklərin cəlb edilməsi, yük həcmlərinin artırılması, yolların çəkilməsi və yenidən qurulması, nəqliyyat obyektləri və s. kimi məsələlər öz əksini tapacaq.

Nazirlikdə qeyd olunub ki, tender prosedurası başa çatdıqdan sonra sentyabrda sənədin işlənib-hazırlanmasına başlanılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti