...

BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATI KİPRDƏ SEMİNAR KEÇİRƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2005 20:58 (UTC +04:00)

Oktyabrın 17-18-də Kiprdə MDB üzvü ölkələrinin dövlət məşğulluq xidmətinin və əməyin idarə edilməsi strukturu üçün üçtərəfli subregional seminar keçiriləcək. Trend bildirir ki, bu barədə Beynəlxalq əmək təşkilatının (BƏT) məlumatında deyilir.

Seminarda aşağıdakı məsələlər müzakirə ediləcək: son zamanlar Avropa və MDB-də müşahidə olunan inkişafın istiqaməti, dövlət məşğulluq xidməti, əmək bazarı və s.

Azərbaycanı bu tədbirdə üç təərfli qaydada hökumət, həmkarlar ittifaqları Konfederasiyası və sahibkarlar təşkilatı Milli konfederasiyasının nümayəndələri təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti